Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatıb –Sağlamlıq Mərkəzinin direktoru açıqladı


Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 10 nəfər ölüb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O deyib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

Tarix: 8-01-2019, 08:10
Xəbəri paylaş





Xəbər lenti