ABŞ iki ölkəyə qarşı müharibəyə hazırlaşır – Şok plan

 ABŞ-ın öz qoşunlarını xarici ölkələrdən çıxarması siyasətinin əsas hədəfi Çin və İrandır.
Bu sözləri Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ hazırda güclənməsinin əsas mənbəyini xarici ölkələrə göstərilən hərbi və humanitar yardımların dayandırılmasında görür:
“Buna görə də Vaşinqton son zamanlar xaricdə hərbi bazalar saxlanılmasından və yaxud da müxtəlif münaqişə ocaqlarına sülhməramlı qüvvələr yeridilməsindən uzaq durur. ABŞ-ın öz qoşunlarını bir sıra xarici ölkələrdən çıxarması siyasətinin əsas hədəfi Çin və İrandır. ABŞ indiyə qədər Əfqanıstanda 50, Suriyada isə 100 milyard dollardan artıq vəsait xərcləyib. ABŞ bu xərcləri azaltmaqla müxtəlif texnologiyalarla yeni silahların hazırlanmasını hədəfləyir. Çünki yaxın perspektivdə texnologiyalar müharibəsi qaçılmaz olacaq. Bu səbəbdən də Çinin hərbi texnologiya sahəsində sıçrayışı ABŞ-da həyəcanla qarşılanır və buna cavab addımları hazırlanır. ABŞ Çinin dünya nəhənginə çevrilməsi fonunda hətta Rusiya ilə birgə ittifaqa da girə bilər. Bu plan hələlik real görünməsə də, hər halda ABŞ maddi ehtiyatlarını və büdcə xərclərinin əsas hissəsini yeni hərbi texnologiyaların hazırlanmasına yönəldir. Etiraf etmək lazımdır ki, Vaşinqton bu sahədə uğurlar qazanır”.
Politoloq bildirib ki, dünya ağalığı mübarizəsində ABŞ üçün birinci maneə Çin, ikinci isə Rusiyadır:
“ABŞ Rusiyanın sürətli sıçrayışlar əldə edəcəyinə inanmır, buna görə də Çini daha ciddi rəqib sayır. Belə ki, münaqişə bölgələrindən mümkün qədər uzaq durulması siyasəti bunun bariz nümunəsidir”.
ABŞ-ın xarici ölkələrdəki qoşunlarını Suriyadan çıxarmaq qərarını taktiki gediş sayan politoloq bu siyasətin arxasında dayanan ikinci ssenarinin İranla bağlı olduğunu deyib:
“Faktiki olaraq Suriyadan çıxarılan qoşunlar İraqa göndərilir. İrana qarşı hazırlanan ssenarinin əsas hədəfi isə bu ölkədə teokratik rejimin dəyişdirilməsi və nüvə silahının inkişafının qarşısının alınmasıdır. ABŞ bu istəyinə getdikcə nail olur. Artıq İran ətrafında həlqə daralır”.
Tarix: 8-01-2019, 09:41
Xəbəri paylaş





Xəbər lenti