Böyük Britaniya parlamenti “Breksit”i rədd etdi - Tereza Meyə böyük zərbə


Böyük Britaniyanın İcmalar palatası Tereza Mey hökumətinin ölkənin Avropa Birliyindən çıxmaqla bağlı təqdim etdiyi planı dəstəkləməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, parlamentdə keçirilən debatlardan sonra qanun layihəsinin əleyhinə 402 deputat səs verib. Terza Mey sadəcə 202 parlament üzvünün dəstəyini qazana bilib.

Qeyd olunur ki, bundan öncə Lordlar palatasında keçirilən analoji səsvermə zamanı da eyni nəticə (302 əleyhinə, 152-lehinə) qeydə alınmışdı.

İndi Birləşmiş Krallığı Avropa Birliyindən daha sərt ayrılma şərtləri gözləyir.

Xatırladaq ki, “Breksit”lə bağlı ən son plan Tereza Mey hökuməti tərəfindən keçən ilin noyabrında təsdiq olunmuşdu. Həmin layihə əsasında, Böyük Britaniya bu ilin mart ayının 29-da AB-ni qəti olaraq tərk etməli idi.

Avropa Bilriyi də özünü bu hadisəyə hazırlayıb. Hələ keçən il dekabrın 19-da Avropa Birliyi Komissiyası Böyük Britaniyanın hər hansı saziş olmadan ayrılması halında təcili tədbirlər planının hazır olduğunu xəbər etmişdi.


Tarix: 16-01-2019, 00:27
Xəbəri paylaş





Xəbər lenti