Dəməşqdən YPG-yə: Hiyləgərlik və oyunlardan əl çək!

 Suriya parlamenti kürdləri Dəməşqə yönəlik hiyləgərliklərdən və siyasi oyunlardan əl çəkməyə və Suriya rəhbərliyinə güvənməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə danışan Suriya parlamentinin spiker müavini Necdət Anzor ABŞ-a etibar etməyin mümkünsüz olduğunu deyib.
"Etibar etmək siyasət elmində çox mühüm bir anlayışdır. Cəldlik, ustalıqla hiyləgərlik və siyasi oyun arasında böyük fərq var. Hiyləgərlik edənə zərər dəyə bilər. Biz çox məyusuq, amma bu, kürdləri təmsil etdiklərini iddia edən şəxslərə zərər verəcək", - Anzor söyləyib.
Tarix: 16-01-2019, 22:44
Xəbəri paylaş





Xəbər lenti