Tbilisidə partlayış nəticəsində 4 nəfər ölüb, ölkədə matəm elan olunub- Yenilənib


Gürcüstanın paytaxtı Tiflis şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub.

Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və "təcili tibbi yardım" maşınları cəlb olunub.

Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.

***

Tiflisdə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.

***

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Diqomi rayonunda baş verib. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edilib.

Tarix: 17-01-2019, 08:08
Xəbəri paylaş





Xəbər lenti