“Trampın axmaq şərhlərinə görə bunu etdik” - “Əş-Şəbab”dan hotel basqını açıqlaması

 Keniyanın paytaxtı Nayrobidə 21 nəfərin ölümünə səbəb olan hotel basqınını təşkil edən “Əş-Şəbab” terrorçu qruplaşması açıqlama yayıb.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, terror təşkilatı hücumu ABŞ prezidenti Donald Trampla əlaqələndirib:
“Bu hücumu Trampın axmaq şərhləri və Qüdsü İsrailin paytaxt elan etməsi səbəbindən həyata keçirdik”.
Tarix: 17-01-2019, 09:59
Xəbəri paylaş





Xəbər lenti