İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış evində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Cebhe.info xəbər verir ki, bu barədə terrorçuların internet resursları üzərində araşdırma aparan SITE Intelligence Group məlumat yayıb. Məlumata görə, İŞİD-in bəyanatı silahlıların həftəlik “Al naba” qəzetinin 165-ci saynda dərc olunub. Terrorçular uzun müddət davam edən susqunluğun hadisəni törədənlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildiriblər.
Xatırladaq ki, Maqnitoqorskda partlayış dekabrın 31-də baş verib və qaz sızması ehtimalı irəli sürülüb. Hadisə nəticəsində 39 nəfər həlak olub.
1 yanvarda isə “Xalq gəzintisi” meydanında marşrutda partlayış olub. Rəsmi versiyaya görə, qaz balonu partlayıb, ancaq yerli sakinlər bu versiyanı şübhə altına alan açıqlama veriblər. Onlar marşrut avtobusundakı qaz balonunun partlamadığını bildirərək, partlayış səsinin salondan eşidildiyini deyiblər.