Artur Qəribyan “Şef kebab” restoranında tutuldu


Bu günlərdə Moskvada “Artur Krasnodarskiy” ləqəbi ilə tanınan kriminal avtoritet Artur Qəribyan həbs edilib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 44 yaşlı “vor zakon” Moskvanın Smolensk-Sena meydanında yerləşən “Şef kebab & steak “ restoranında tutulub. Onun üzərindən iri həcmdə narkotik maddə-metadon tapılıb.

Artur Qəribyan 1974-cü ildə Bakıda anadan olub. “Dato Daşkəndski”nin tövsiyəsi ilə onu “oğru ailəsinə” qəbul ediblər. İndi sağ olmayan “Ded Xasan” və hazırda həbsdə olan “Şakro Molodoy” da Qəribyana “vor zakon” titulunun verilməsini dəstəkləyiblər. Əgər günahı sübut olunsa Qəribyanı 10 ilə qədər həbs gözləyir.

Tarix: 22-01-2019, 21:52
Xəbəri paylaş





Xəbər lenti