Ermənistanda Fransada olduğu kimi "sarı jiletlilər" aksiyası başlayacaq.
Cebhe.info xəbər verir ki, bunu "Jamanak" qəzeti yazıb. Qəzetin yazdığına görə, aksiya hökumətə qarşı yönələcək.
"Fransa nümunəsində olduğu kimi erməni "sarı jiletlilər" də sosial problemləri qabardacaqlar. Bunlar təhsil, səhiyyə, ölkədə ədalət mühitinin bərpası ilə bağlı tələblər olacaq",- deyə nəşr bildirib.
Məlumata görə, artıq aksiyaya hazırlıq gedir. Hərəkat üzvləri müxtəlif ictimai-siyasi fəallarla görüşür, onlara əməkdaşlıq təklif edirlər. Hələlik aksiyaya kimin rəhbərlik edəcəyi məlum deyil.