2019-cu ildə terror hücumları olacaq
Dünən Keniya və Suriyadakı partlayışlara toxunduq və qeyd etdik ki, buralarda hadisələr televiziya və qəzetlərdə təqdim edildiyi kimi qəbul edilir

Çox adamın səhnə arxasına keçmək kimi bir niyyəti yoxdur. Hal belə olunca, həqiqətlər bizdən çox uzaq düşər. Gedib tapa, görə bilmərik. Nə isə...

Partlayışlardan başlayaraq irəliləyək. Görək qarşımıza nə çıxacaq?

Əslində, dünyanın getdiyi yönü daha yaxşı anlamaq üçün ABŞ-dakı daxili qarışıqlığı diqqətlə incələmək bu gün üçün yetərlidir. ABŞ-da nə baş verdiyini anladığımız anda bütün siyasətləri çözmək çox asan olur. Nəticədə son imperiya ABŞ-dır.

ABŞ-da baş verən ən son mühüm hadisə nə idi? Əlbəttə, hökumətin qapadılması. Bununla bağlı ABŞ Prezidenti Donald Tramp və demokratlar toqquşub. Böyük mübahisə, döyüş baş verib. Konqres rəsmən silkələnib.

Mövzu nə idi? Meksika ilə sərhəddə çəkiləcək divara pul ayrılması. Tramp 5 mlrd. dollarlıq əlavə büdcə istəyir. Demokratlarsa, təqribən 1,3 mlrd. dollarlıq əlavə büdcə üçün razılıq verəcəklərini söyləyirlər. "Maksimum 2 mlrd. dollar olsun" deyirlər. Yəni, 1 trilyon dollar xarici borcu olan ABŞ, sadəcə 3 mlrd. dollara görə federal hökuməti qapadır. Bunu oxuyanlar da inanır.

ABŞ mediasının önəmli yazarları "Hökumət qapandı, nələr olacaq? Çox ciddi bir durumla qarşı-qarşıyayıq" şərhləri verirlər. Halbuki yazılanlardan kənarda böyük bir həqiqət var. Kimsə dönüb ona baxmır. "Meksika divarı" məsələsində Rotşild ailəsinin çox önəmli bir planının uğurla başa çatdığını görməliyik.

Rotşild ailəsinin uşaqları kimi baxılan demokratların Senatdakı lideri Çak Şumerlə Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi, əslində, Trampın öz gücündən istifadə etməsi üçün hökumətin qapadılmasını təmin edib. Çünki ABŞ-da hökumət qapadıldığı anda Prezident "müharibə vəziyyəti" səlahiyyətləri alır. Bu, çox açıqlanmayan və istifadə edilməyən bir səlahiyyət - gücdür. Tramp, şəxsən çox sevdiyi Çak Şumer və Nensi Pelosi sayəsində bu gücü əlinə alıb.

ABŞ-ın çox önəmli qurumlarında çox önəmli dəyişikliklər edilib. Çünki hazırda Tramp, səlahiyyəti olan yeganə şəxsdir. 49 şəxsin dəyişdirilməsi və onların yerinə Trampın çox etibar etdiyi adamların təyin edilməsi gizli bir həqiqətdir. Bu müddətdə Pentaqondakı xüsusi qurumlarda çalışan 7 şəxs də Tramp tərəfindən dəyişdirilib.

Hazırda Pentaqon bu həmlə qarşısında çarəsiz görünsə də, Orta Şərqdən başlayan bir rüzgarla kürəkən Cared Kuşner və İvanka Trampı hədəf alacaq. Çünki Tramp açılmamalı olan bir qutunu açıb. Artıq, demək olar ki, ABŞ-da gedən daxili mübarizə tərəflərdən birinin qələbə qazanması ilə nəticələnəcək.

Tramp tarixi qərar alaraq Pentaqona müharibə elan edib. ABŞ rəhbərliyində heç kim bu gücə qarşı müharibə elan etmə cəsarəti göstərə bilməzdi.

Tramp, daha öncə də buna bənzər addımlar atsa da, xüsusi prokuror Robert Müller sayəsində susdurulub. İndi də Pentaqonun əlindəki ən böyük kozır yenə Müllerdir. Əlbəttə, bir də onun yaxın dostu Con Kerri. Bu ikisi kollec illərindən dostdurlar. Onlar eyni zamanda katolik dünyasının iki önəmli siyasətçisidir.

2016-cı ildə Con Kerri Keniyanın paytaxtı Nayrobiyə gedib. "DusitD2 Otel"də ingilis "dərin dövlət"iylə bir görüş keçirib. Qarşısındaki şəxslər həddindən artıq önəmli idi. Kerri çox aydın danışıb. O, Rotşild ailəsinin ABŞ-a təsirinə artıq son verilməsini istəyi. İngiltərə də buna söz verib.

"DusitD2 Otel" ingilis "dərin dövlət"inin qərargahıdır. Burada keçirilən hər bir toplantı Mİ6-nın Afrika və Orta Şərqdə atacağı addımlar baxımından çox önəmlidir.

Yaxşı, bu otel son günlərdə qarşımıza nə ilə əlaqədar təkrar çıxıb? Terror hücumu ilə. (pia.az)