Venesuelada siyasi gərginlik davam edir.
Bu arada Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmilərindən daha bir qızışdırıcı açıqlama gəlib.
Cebhe.info xəbər verir ki, prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton tvitter hesabı üzərindən Venesuela ordusunun generallarına müraciət edərək özünü prezident elan etmiş Xuan Quaydonu dəstəkləməyə və xalqın tərəfinə keçməyə çağırıb.
“Venesuelanın yüksək rütbəli komandirləri, indi xalqın tərəfinə keçmək zamanıdır. Konstitusiyanı və demokratiyanı qorumaq məsuliyyəti sizin üzərinizə düşür”. Bolton Venesuela Mərkəzi Bankı və digər banklarda çalışanlara da müraciət edərək Quaydonn çıxardığı qərarları qəbul etməyə çağırıb. Bolton bildirib ki, əks halda onlar Maduro iqtidarının atdığı addımlara şərik hesab ediləcəklər.
Aydın