Britaniya F-35 qırıcılarından imtina edə bilər – Büdcə çatışmazlığına görə

 «AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, büdcə çatışmazlığı səbəbilə, Böyük Britaniya (BB) Amerika Birləşmiş Ştatlarının (ABŞ) F-35 «Lightning II» qırıcı təyyarələrini almaqdan imtina edə bilər. Plana görə, London yaxın 10 ildə 138 belə təyyarə almalıdır.
Sazişin dəyəri 9,2 milyard dollar qiymətləndirilir, sonrakı 10 ildə isə məbləğ iki dəfə arta bilər («The Daily Telegraph»). Parlamentin büdcəyə nəzarət komitəsində hesab ediblər ki, ölkənin Müdafiə Nazirliyi (MN) belə böyük məbləği xərcləməyi özünə rəva biməməlidir.
«İdarə… vergi ödəyicilərinin gözləntilərini doğrutmur. Onlar ümid edirlər ki, hökumət onların pulu ilə ən yaxşı «qiymət və keyfiyyət» nisbətinə nail olacaq» – deyə, komitənin sədri Mer Hiler aydınlıq gətirib.
Londan artıq Vaşinqtonla 12 milyard məbləğində kontrakt imzalayıb. Kontrakta görə, 2025-ci ilə qədər Britaniya 48 belə təyyarə almalıdır.
Tarix: 3-02-2019, 11:16
Xəbəri paylaş





Xəbər lenti