ABŞ İŞİD terrorçularından indi də Əfqanıstanda istifadə edəcək? - İran tutarlı dəlillərinin olduğunu BƏYAN ETDİ

 İran ABŞ-ı İŞİD-i Əfqanıstana köçürməkdə ittiham etdi: “Əlimizdə dəqiq məlumat var”
Hurriyyet.org xəbər verir ki, İranın lideri Əli Xamaneinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi ABŞ-ın İŞİD terror təşkilatının yaraqlılarını Əfqanıstana köçürdüyü ilə bağlı əllərində “ciddi kəşfiyyat məlumatları” olduğunu söyləyib.
Səfəvi Tehran Universitetində inqilabın ildönümü münasibəti ilə keçirilən tədbirdəki çıxışında ABŞ-ın İŞİD yaraqlılarını Əfqanıstana köçürdüyünü iddia edib.
İŞİD terror tşkilatının ABŞ, İngiltərə, İsrail və bəzi ərəb ölkələri tərəfindən dəstəkləndiyini irəli sürən Səfəvi deyib: “Amerikalılar, sionistlər və bəzi ərəb ölkələrinin qurğuları nəticəsində yüz mindən artıq İŞİD terrorçusu Suriya və İraqın başının bəlasına çevrilişdi. Bundan sonra da Xorasan xilafəti qurmaq iddiası ilə terorçuları irana göndərmək istədilər və bunun üçün əmir təyin elədilər”.
“Əlimizdə dəqiq kəşfiyyat məlumatları var”
İranlı Tələbələr Xəbər Agentliyinin – İSNA-nın məlumatına görə, Səfəvi ABŞ-ın İŞİD terror təşkilatının yaraqlılarını Əfqanıstana köçürdüyünü bildirib: “Amerikalıların bu anda İŞİD terrorçularını Əfqanıstana köçürdüyü barəsində dəqiq məlumata malikik”.
Əfqanıstanda son bir ayda Taliban və İŞİD hücumları nəticəsində əksəriyyəti dinc sakin olan yüzlərlə adam həlak olub. Ölkə həm də Talibanla İŞİD arasındakı atışma meydanına çevrilib.
Xamanei ötən həftə verdiyi açıqlamada, Suriya və İraqda zərərsizləşdirilən İŞİD-in ABŞ tərəfindən Əfqanıstana istiqamətləndirimləsinə işarə vuraraq Əfqanıstanda son həftələrdə keçirilən və yüzlərlə şəxsin həlak olduğu hücumların da arxasında ABŞ-ın olduğunu iddia eləmişdi.
İran lideri bunun sayəsində ABŞ-ın bölgədəki varlığına bəhanə yaratmaq istədiyini söyləmişdi.
Taliban ilə sülh danışıqlarına davam edən ABŞ iqtidarı razılaşma əldə ediləcəyi təqdirdə hərbçilərini Əfqanıstandan çıxarmağı planlaşdırır.
Tarix: 6-02-2019, 07:30
Xəbəri paylaş





Xəbər lenti