Avropa İttifaqı İranı günahlandırdı – Ballistik raket hazırladığına görə
Avropa İttifaqı (Aİ) Şurası İranın ballistik raket atışlarından narahatlıq keçirir və bunun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinə zidd olduğunu bildirir.Brüssel İranı israrla qadağan olunmuş raketlər hazırlamaqdan, onların uçuş məsafəsinin və dəqiqliyinin artırılması istiqamətindəki cəhdlərdən imtina etməyə çağırır.
Qeyd olunur ki, Tehran öz hərəkətləri ilə bölgədə sabitliyi pozur və Aİ tərəfindən inamı sarsıdır.
«Şura İranın ballistik raket sahəsindəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir və Tehran bu fəaliyyətdən, xüsusilə də BMT TŞ-nın 2231 saylı qətnaməsinin ziddinə olan ballistik raket atışlarından çəkinməyə çağırır» – deyə, bəyanatda bildirilir.//«AzPolitika.info»//
Tarix: 6-02-2019, 08:42