ABŞ prezidenti Donald Tramp Konqresdə illik ənənəvi müraciətini edib. Cebhe.info xəbər verir ki, Tramp İranın hərəkətlərini izləməkdə davam edəcəklərini bildirərək Çini hədələyib.
Ancaq müraciətdə əsas məqam Meksika ilə sərhəddə divarın tikintisi, orta və yaxınmənzilli raketlərlə bağlı sazişdən çıxmaq olub.
Prezident müqavilənin yenidən bağlanmasını da mümkün hesab edib. Ancaq bunun üçün ABŞ-ın yeni şərtləri var. "Ola bilsin ki, biz başqa müqavilə hazırlayacağıq, ora Çin də, başqaları da daxil ediləcək. Amma olmaya da bilər".
Tramp öz çıxışında ölkəsinin ordusu, silahları və iqtisadiyyatının ən yüksək səviyyədə olduğunu, rəqib tanımadığını deyib: "Hazırda Amerikada əsl iqtisadi möcuzə baş verir. Bizə mane olacaq tək şey axmaq müharibələr, siyasətçilər və araşdırmalardır".
Beləlikə də Tramp özünün Rusiya ilə əlaqəsinə dair xüsusi prokuror Müller tərəfindən aparılan araşdırmaya eyham vurub.
Trampın çıxış etdiyi zalda qadınların ağ geyimi diqqəti çəkib. Demokratlar Partiyasından olan qadınlar həmrəylik üçün eyni rəngdə geyinib. Onların arasında qara geyimli birinci xanım-Melaniya Tramp diqqəti çəkib.
Zalda müharibə veteranları və Aya uçan mütəxəssislər də olub. İmmiqrasiya Xidmətinin əməkdaşları zalda Trampı dinləyib.