Saakaşvilidən İvanişviliyə sərt etiraz: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir“


bitmap-img6




"Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

Bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını "Facebook” səhifəsində belə dəyərləndirib.

"Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o, yazıb.

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək/Report.
Tarix: 7-02-2019, 08:33
Xəbəri paylaş





Xəbər lenti