Avropa Birliyi diplomatları Brüsseldə yüzlərlə rus və çin casuslarının qaynaşdığından şikayətləniblər


Avropa Birliyi diplomatları İttifaqın mərkəzi Brüsseldə təxminən 250 Çin, 200-dən çox rusiyalı casusun fəaliyyət göstərdiyini bəyan ediblər.

Almaniyanın “Die Welt” qəzetinin məlumatına əsasən, Avropanın Xarici siyasi fəaliyyət xidməti (EEAS) diplomatlara Brüsseldə Avropa İttifaqının ofislərini ən çox yerləşdiyi "Avropa məhəlləsi" deyilən rayonda bir sıra yerlərə diqqət yetirmələrini məsləhət görüb. Bunların içində Avropa Komissiyasının mənzil qərargahının lap yaxınılğında yerləşən kafe və restoranlar ən çox izlənilən məkanlar sayılır.

Qeyd olunur ki, Çin və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları daha çox ölkələrinin səfirliklərində və ticarət nümayəndəliklərində çalışırlar. EEAS-n təsbitlərinə görə, Rusiya casusları son dövrlərə qədər saya görə liderlik etsə də, sonradan bu mövqeyi Çinə təhvil verməli olublar.

Rusiya tərəfi isə avropalıların casus qorxusunun artıq xəstəliyə çevrildiyini bildirir. Məsələn, Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko rəsmi Londonun casusmaniya mərəzinə tutulmasından danışıb. O, dəfələrlə Rusiyanın BMT-də kibertəhülkəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməsini təklif etdiyini, lakin rədd cavabı aldıqlarını vurğulayıb.

Musavat.com

Tarix: 9-02-2019, 17:24
Xəbəri paylaş





Xəbər lenti