Ukraynanın paytaxtı Kiyevdə polis bölməsinə hücum edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir qrup şəxs polis bölməsinin giriş qapısına hücum edərək qaz balonundan istifadə edib, polis əməkdaşları ilə əlbəyaxa olublar.
40-a yaxın adam saxlanılıb, onların üzərindən qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Bildirilir ki, hadisə baş verən zaman Kontraktova meydanında prezidentliyə namizəd Yuliya Timoşenkonun təşviqat mitinqi keçirilirmiş...