Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxan və daha sonra öldürüldüyü bildirilən jurnalist Camal Qaşıqçı barədə kitab nəşr olunub.
Cebhe.info xəbər verir ki, kitabın müəllifi jurnalistin nişanlısı Xədicə Çingizdir. O, nişanlısının həyat yolunu, mübarizəsini və sirlərini əks etdirən kitabı artıq nəşr etdirib.
"Camal Qaşıqçı: Həyatı, mübarizəsi və sirləri" adlı kitab 228 səhifədən ibarətdir. 3 dildə - türk, ərəb və ingilis dilində yayımlanıb.
Kitabın həmmüəllifləri türkiyəli jurnalistlər Mehmet Akif Ersoy və Sinan Onusdur.
Öz kitabının təqdimat mərasimində çıxış edən Xədicə Çingiz bildirib ki, nişanlısının qatilləri cəzalandırılana qədər sakit oturmayacaq: "Ümid edirəm ki, prezident Donald Tramp qalmaqallı məsələnin hüquq müstəvisində həlli üçün öz nüfuzundan istifadə edəcək”.