Erməni politoloq: "Ermənistanın siyasi məkanında radikal müxalifətin yeri doldurulacaq"


“Ermənistanda radikal müxalifətin yeri bu və ya dugər şəkildə doldurulacaq”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasi texnoloqu Karen Köçəryan jurnalistlərlə görüşündə bəyan edib. Onun sözlərinə görə, parlamentdə bu funksiyanı hələlik “İşıqlı Ermənistan” partiyası icra edir. Lakin parlament xaricində də eyni rola iddia edə biləcək qüvvələr yaranmaqdadır. Ekspert bunlardan biri olaraq “Milli gündəlik” adlı yeni yaranan partiyanı göstərib.

Onların nümayəndələri indidən sosial şəbəkələrdə aktivlik həyata keçirməkdədirlər. “Həmin qüvvələr əsasən mühafizəkar və yeni mühafizəkar ideyalar daşıyırlar. Bütün bunlar cəmiyyətdə bu cür siyasi güclərə tələbatın yaranacağını bildirir”, - deyə K.Köçəryan qeyd edib.

Karen Köçəryan radikal müxalifət funksiyasını yerinə yetirməyə ən yaxın təşkilat olan, keçmiş iqtidarın Respublika partiyasının (ERP) artıq öz ideoloji simasını itirdiyini söyləyib. Onun fikrincə, ERP-nin bir çox funksionerinin partiya xəttindən imtina edib, ictimai fəaliyyətə keçməsi (burada keçmiş ədliyyə naziri Arpine Ovannisyanın onun sıralardan getməsi də nəzərdə tutulur-red.) özü bir taktiki gedişdir. Bununla keçmiş iqtidar mənsubları özlərini hər hansı siyasi qüvvə ilə bağlamayaraq indiki hakimiyyətə yönəltdikləri tənqidlərin təsirini artırmağa çalışırlar.


Tarix: 11-02-2019, 20:52
Xəbəri paylaş





Xəbər lenti