Ermənistanın sabiq prezidenti Robert Köçəryan təkadamlıq kamerada saxlanılır.
Cebhe.info xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ombudsman Arman Toroyan deyib. O bildirib ki, Köçəryanı ziyarət edib və onun saxlanma şəraiti ilə maraqlanıb:
"Cənab Köçəryan təkadamlıq kameradadır. Kameranın sahəsi böyük deyil. Şikayəti yoxdur".
Öz təşəbbüsü ilə bir ay əvəl Köçəryanla görüşdüyünü deyən ombudsman əlavə edib ki, sabiq prezidentə qohumlarla görüş qadağan edilib. Ancaq ombusdmanın müdaxiləsindən sonra onun qohumlarla görüşünə icazə verilib.
Köçəryanın siyasi məhbus olub-olmamasına gəlincə, ombudsman "Hüquq müdafiəçisi ittihama qiymət verə bilməz",- deyib.