Çin 20 milyard dollarının aqibətini müzakirə edir: Prezidentlə yox, müxalifətlə


Çin 20 milyard dollarının aqibətini müzakirə edir: Prezidentlə yox, müxalifətlə

Çin siyasi böhranın yarandığı Venesuelanın bu ölkəyə borclu olduğu 20 milyard dolların aqibətini müzakirə edir. Ancaq maraqlıdır ki, müzakirələr hakimiyyətdən getməyəcəyini bəyan edən prezident Nikolas Maduro ilə deyil, müxalifətlə aparılır.

Cebhe.info xəbər verir ki, bu barədə “The Wall Street Journal" yazıb.

Nəşr bildirir ki, danışıqları çinli diopolmatlar özünü prezident elan edən parlament spikeri Xuan Quaido ilə aparıb. Danışıqlar Vaşinqtonda, bir neçə həftə əvvəl başlayb.

Eksprtlərin fikrincə, Çin artıq Vensuealda hakimiyyət dəyişikliyini qaçılmaz hesab etdiyinə görə müzakirələri məhz müxalifətlə aparıb. Başqa bir məqsəd də indidən Venesuelanın gələcək hakimiyyəti ilə yaxşı əlaqələri qoruyub saxlamaqdır. Venesuelanın Çinə borcu 20 milyard dollar təşkil edir.

Tarix: 13-02-2019, 09:51
Xəbəri paylaş





Xəbər lenti