“Avropanın demokratik dövlətləri yeni dünya düzəni ilə ayaqlaşacaq qabliyyətdə deyil”


Münhen konfransının yeni raportu bu acı gerçəkliyi göstərir

“Təhlükəsizlik üzrə Münhen konfransının yeni raportu orta səviyyəli Avropa ölkələrinin hərbi qabiliyyətsizliyini ortaya qoyub.

Almaniyanın “Handelsblatt” qəzetinin sənədlə bağlı Donata Ridel tərəfindən verilən yazısında belə deyilir.

Yazarın fikrincə, avropalılar hələ də yeni müdafiə siyasətlərinin ümumi strategiyasını işləyib hazırlamış deyillər. Lakin ekspertlərin rəyinə görə, bu indiki məqamda ən vacib msələdir. Çünki Donald Tramp ABŞ-ın Avropa üzərindəki müdafiə qalxanını artıq qaldırıb və hər kəsin alışdığı və Vaşinqtonun qarant olduğu dünya düzəninə geri qayıtmaq artıq mümkün olmayacaq.

“Donald Trampın dövlətinin başı hazırda Çinin həm ticari, həm də geostretji anlamda dünya dövləti statusu əldə etməməsinə qarışıb. Rusiya isə qəsdən özünütəcrid yolunu tutaraq Trampın hərbi aspektdə yol verdiyi istənilən boşluqdan yararlanır”, - deyə yazıda qeyd olunur.

“Məruzəyə əsasən, mövcud dünya düzəninin dağılması halında Fransa, Almaniya və Böyük Britaniya kimi Avropanın böyük dövlətləri özlərinin və qonşularının ərazilərini yeri gəldikdə hərbi vasitələrlə qorumağı bacarmalıdır. Lakin Tramp hakimiyyətə gəldikdən sonra onlar bu hədəfdən də uzaqdırlar”,-deyə məqalədə vurğulanır.

Donata Ridel “Breksit”dən sonra Böyük Britaniyanın Avropanın müdafə strategiyasındakı iştirakının hansı dərəcədə olacağının açıq qaldığını yazır.

“Sənədə görə, dünya yeni düzənə qovuşmadığı təqdirdə daha təhlükəli olacaq. Belə bir şəraitdə Trampın ticarət savaşları hələ yüngül görünə bilər. Buna görə də elspertlər həm XX əsrin əvvəlləri, həm də 30-cu illəri ilə paralellər apararaq avropalılar üçün təhlükənin yaxınlaşdığını xəbər edir”, - deyə məqalədə yazılıb.

“Konfransın təşkilatçıları insanların öz hökumətlərinə olan etimadlarını itirməsini başqa bir təhlükəli gəlişmə hesab ediblər. “PEW Research Center” mərkəzinin keçirdiyi sorğuya görə, Avropada ən yanlış qərar qəbul edən adam kimi Donald Trampı görürlər. Almaniya və Fransada əhalinin dörddə üçü isəVladimir Putin və Si Tzinpinin yüksək qabliyyətinə inandıqlarını ifadə edirlər....”, - deyə Donata Ridel qeyd edib.

Musavat.com

Tarix: 13-02-2019, 14:19
Xəbəri paylaş





Xəbər lenti