İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun hərbçilərini daşıyan avtobus partladılıb.
"Report" IRNA-ya istinadən xəbər verir ki, terror aktı nəticəsində 20 hərbçi həyatını itirib, daha 20-si yaralanıb.
"Ceyş əd-Ədl" terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.