Dünyanın ən yüksək cinayət nisbətlərinə sahib olan Yamaykada lotoreyadan 1 milyon funt-sterlinq qazanan adam can qorxusundan 54 gün ərzində kimliyini gizlədib. Daha sonra da saxta ad və maskadan istifadə edərək mükafatını alıb.
Moderator.az xəbər verir ki, sözügedən şəxs kimliyi məlum olmasın deyə üzünə qorxu filmlərindəki kimi maska taxaraq kameraların qarşısına çıxıb.
Bundan sonra "Vaşinqton Post" qəzeti bəzi ölkələrdə mükafat qazanan şəxslərin tanınmamaq üçün maska geyinməsinin bir dəb halına gəldiyi məlumatını bölüşüb. Kiçik müəssisə sahibi olduğunu söyləyən adam qazandığı bu mükafatla bir ev satın alacağını və işinə sərmayə qoymaq üçün istifadə edəcəyini söyləyib.