Vaşinqton İran əleyhdarı olan dövlətləri bir araya gətirir


İrana qarşı “Varşava konfransı”

Fevralın 13-14-dı Polşanın paytaxtı Varşava şəhərində Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfrans keçirilib. Konfransın başlığı Yaxın Şərqə aid edilsə də, əsas mövzu Suriya və İran, daha dəqiqi, İran olub. Tədbirin əsas təşkilatçısı ABŞ hökumətidir.

“Yaxın Şərqdə Sülh və Təhlükəsizlik” adlandırılan konfransa 80-dən çox ölkə dəvət olunsa da, məhz konfransla bağlı fikir ayrılıqları səbəbindən bir sıra ölkələr qatılmayıb və ya aşağı səviyyədə təmsil olunub.

O cümlədən Türkiyə, Rusiya, Qətər, Livan kimi ölkələr Varşava konfransında aşağı səviyyədə təmsil olunub. Türkiyə XİN-in yüksək vəzifəli məmuru bildirib ki, Türkiyənin bir ölkənin əleyhinə yönəlmiş (indiki halda İran) siyasi görüşdə iştirakdan imtina etməsi şübhə altına alına bilməz.

Maraqlıdır ki, Varşava toplantısına hazırda Vaşinqtonla üzdə görünməsə də, İran mövzusuna görə soyuq münasibətləri olan Avropa İttifaqı da yüksək səviyyədə təmsil olunmayıb. Bir sıra Avropa ölkələri isə konfransın İrana həsr olunmasına etiraz edib. Yalnız bundan sonra Pompeo toplantının yalnız İran deyil, Yaxın Şərqə həsr olunduğunu bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Varşava toplantısında diqqət Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və təhlükəsizliyin təmin olunması məsələləri üzərində cəmləşdiriləcək. Tədbirin əsas təşkilatçıları ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Pompeo və Polşanın xarici işlər naziri Jacek Czaputowicz olub. Ancaq 80 ölkənin dəvət oldunduğu toplantıya 60-dək ölkədən aralarında xarici işlər nazirləri də olmaqla müxtəlif dövlət vəzifəliləri qatılıb.

VarÅava konfransı ile ilgili görsel sonucu

Ancaq buna baxmayaraq, toplantı baş tutub və əsas diqqət gözlənildiyi kimi, İran üzərində olub. Bunun bir sübutu da Varşava toplantısında İsrail baş naziri Netanyahunun iştirak etməsi olub. Varşavada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, İordaniya, Mərakeş, Oman və Yəmən Mansur Hadi hökuməti xarici işlər nazirləri səviyyəsində, Misir və Tunis isə xarici işlər naziri müavini səviyyəsində təmsil olunub. Xatırladaq ki, İsraildə kabinetdə baş verən istefalardan sonra baş nazir Netanyahu həmçinin xarici işlər və müdafiə nazirləri postunu da tutur.

Konfransa Tehran dəvət olunmayıb. Bu isə narazılıqlara səbəb olub. Prezident Həsən Ruhani deyib ki, ölkəsinə və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında istənilən ölkə ilə müzakirələrə hazırdırlar. Ancaq o deyib ki, təzyiq və təsiri qəbul etməyəcəklər.

Maraqlıdır ki, Varşavaya Fələstin məsələsində Trampa təsir edən əsas şəxslərdən biri hesab olunan kürəkəni Cared Kuşner də qatılıb. Bu səbəbdən də bir sıra media orqanlarında Varşava konfransında eyni zamanda Fələstin münaqişəsi, həmçinin Tramp administrasiyasının irəli sürdüyü “əsrin anlaşması” da gündəmə gətiriləcək.

Konfransda çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Yaxın Şərqdəki problemləri həllində heç bir ölkə kənarda qalmamalıdır. 60 ölkənin təmsilçilərinə müraciət edən Pompeo deyib ki, ABŞ bu problemlərin həllində ölkələr arasında yeni bir əməkdaşlıq dövrünün başladılmasını istəyir.

Pompeo çıxışında birbaşa İranı hədəf almayıb. Eyni zamanda bildirib ki, Suriya, Fələstin və Yəməndə baş verən problemlərin heç biri özbaşına həll olunmayacaq, təhlükəsizliyin təmin olunması üçün birgə çalışmaq lazımdır.

Maraqlıdır ki, Varşava toplantısından əvvəl baş nazir Netanyahunun ibrani dilində yayılan yazılı açıqlamasında Varşava konfransı haqqında “Hamımızın ortaq marağı olan İranla savaş müzakirə olunacaq” cümləsi olsa da, sonradan baş nazirin ofisi açıqlamada düzəliş edərək “savaş” kəlməsinin “mübarizə” kəlməsi ilə əvəz edilməli olduğunu bildirib.

İran hökuməti isə Varşava konfransını “sirk” adlandırıb. Xarici işlər naziri Cavad Zərif deyib ki, Varşava konfransının başladığı gün İranın sista-Bəlucistan əyalətində terror aktının baş verməsi təsadüfi deyil. Zərif terror aktına görə dolayısı ilə ABŞ-a işarə edib. İran XİN rəhbəri twitter səhifəsində “İranın “Varşava sirkinin” baş tutduğu gün terror hücumuna məruz qalması təsadüfdürmü? Xüsusən də terrorçuların dəstəkçilərinin Varşava küçələrində bayram etdiyi bir zamanda. Görünən odur ki, ABŞ hər dəfə eyni səhvi edir və hər dəfə fərqli nəticə əldə etməyə çalışır" - yazıb.//“Yeni Müsavat”//


Tarix: 15-02-2019, 08:59
Xəbəri paylaş





Xəbər lenti