Generallar müxalifətlə məxfi danışıqlara başladı: PREZİDENTƏ QARŞI BLOK


Generallar müxalifətlə məxfi danışıqlara başladı: PREZİDENTƏ QARŞI BLOK

Venesuela hərbçiləri müxalifətlə danışıqlar aparır.

Cebhe.info-nun məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton “Fox News” telekanalına müsahibəsində belə açıqlama verib. 

“Maduronu  dəstəkləyən aparıcı generallar, nüfuzlu fiqurlar müxalifətlə daimi dialoq aparır. Bu üzdə olmasa da, danışıqlar gedir”.

Con Bolton qeyd edib ki, Venesuelada 2 min general var. Bu da sayına görə, NATO ölkələrində olan generallardan çoxdur və korrupsiyaya şərait yaradır. 

Tarix: 17-02-2019, 00:43
Xəbəri paylaş





Xəbər lenti