İran İsraillə böyük müharibə riski haqda


İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır.

Virtualaz.org bildirir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Əlbəttə ki, bəzi insanlar müharibə axtarır... İsrail”, - deyə o vurğulayıb.

Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib.

“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq”, - deyə o vurğulayıb.

Tarix: 17-02-2019, 22:11
Xəbəri paylaş





Xəbər lenti