İrəvan Rusiyadan 12 ədəd “Su-30 SM” qırıcısı alacaq

Ermənistan 2019-cu ilin sonu - 2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd çoxməqsədli “Su-30 SM” qırıcı təyyarəsi almağı planlaşdırır. Ümumilikdə isə, İrəvan 12 ədəd “Su-30 SM” qırıcısı almaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bunu “IDEX-2019” beynəlxaq müdafiə sərgisində iştirak edən Ermənistanın müdafiə anziri David Tonoyan “RİA Novosti”yə açıqlamasında deyib.
“Biz “Su-30 SM” qırıcılarının növbəti partiyasının tədarükü üzrə danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə qədər tez hazırlanmasından asılı olacaq – çünki idxal əvəzlənməsi və digər məsələlər var. Qırıcıların ilk partiyasını bu il, yaxud uzağı gələn ilin əvvəlində əldə edəcəyik”, – Tonoyan bildirib.
Erməni nazir onu da bildirib ki, İrəvan 4 qırıcı ilə kifayətlənmək fikrində deyil və söhbət tam bir eskadrilyanın – 12 ədəd “Su-30 SM”in alınmasından gedir.
Tarix: 18-02-2019, 10:35