Qırğızıstanda süni yumurta müzakirələri başlayıb.
Cebhe.info xəbər verir ki, Quşçular Birliyinin rəhbəri Rüstəm Osmanəliyev ölkəyə süni yumurtanın Özbəkistandan gətirildiyini bildirib.
O bildirib ki, rezin yumurtalar ölkədə istehsal olunmur.
Xatırladaq ki, bir müddət əvvəl Oş sakini rezin yumurta aldığını bildirmişdi. Onun sözlərinə görə, yumurta saxtadır və Çində süni hazırlanan yumurtalarla eynidir: "Artıq bizdə də bu yumurtaları hazırlayırlar".
Rüstəm Osmanəliyev isə ölkədəki quşçuluq təsərrüfatlarında süni yumurta hazırlanmadığını bildirib. Qeyd edib ki, Özbəkistandan heç bir veterenar sənədi olmayan yumurtaların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını almaq üçün hökumətə müraciət olunub: "Yumurta uzun müddət soyuducuda saxlandığına görə rezin kimi olub". Bununla belə o, süni yumurta versiyasını tam inkar etməyib.