ABŞ PKK/YPG-ni açıq-aşkar təhdid etdi - "KƏSƏCƏYİK!"

 ABŞ-ın İraq və Suriyada İŞİD terror təşkilatına qarşı koalisiyasının komandiri, general Pol Lakamera SDQ-nin (Suriya Demokratik Qüvvələri) Rusiya və Suriya hökuməti ilə razılaşma əldə edəcəyi təqdirdə yardımları kəsəcəklərini bildirib: “Onlar bizim əlaqə saxlamadığımız rejimlə görüşürlər. SDQ Rusiya və ya Əsəd hökuməti ilə ortaq olarsa, ABŞ-ın göndərdiyi yardımlar kəsiləcəkdir. Bizim müttəfiqimiz olacaqları müddətdə SDQ-yə yardımlarımız davam edəcək”.
Verilən xəbərlərə görə, ABŞ prezidenti Donald Trampın Amerika qüvvələrini Suriyadan çıxarmaq qərarından sonra YPG/PKK terror təşkilatının şaxəsi olan SDQ Rusiya qüvvələri və Suriya hökumət ilə danışıqlar aparmağa başlayıb.
Hurriyyet.org
Tarix: 18-02-2019, 21:26
Xəbəri paylaş





Xəbər lenti