“Bizim Avropa ilə nikahımız təhlükə altındadır”


“The Washington Post” ABŞ-la AB arasındakı böhrandan yazdı

Amerika-Avropa münasibətləri ölkənin kim tərəfindən idarə olunmasından asılı olmayaraq təhlükə altındadır.

“The Washington Post” qəzetinin siyasi icmalçısı Henri Olsenin məqaləsi bu cümlə başlayır.

Müəllifin fikrincə, ABŞ və Avropa arasında etimad münasibətlərinin yenidən qurulmasından ötrü hər iki tərəfin kompromisə, habelə ciddi və ağır müzakirələrə ehtiyacı var. Əks təqdirdə onlaırn bir-birindən aralanması prosesi dərinləşəcək.

“Prezident Donald Tramp və NATO arasında gərginlik, Almaniya ilə olan ticarət kəsiri, şübhəsiz ki, bugünkü problemə zəmin yaradan səbəblərdən sayılır. Lakin demokratlar nə qədər ABŞ-ın indiki dövlət başçısını Avropa ilə əlaqələri zəiflətməkdə suçlasalar da, bu mürəkkəblik Ağ Evdə hansı prezidentin oturmasından asılı yaranmayıb. Hətta Vaşinqtonda demokrat prezidentin hökm sürməsi halında belə ABŞ əvvəlki kimi olmayacaq”, deyə Henri Olsen bildirir.

Yazarın rəyinə görə, demokratların daxili resursları artırmaq cəhdləri Avropadakı alyansa əlavə təzyiqə çevriləcək.
“Birləşmiş Ştatlar həmişə müdafiəyə hətta soyuq savaş dövründə belə avropalı müttəfiqlərindən daha çox pul ayırıb. Bu fərq amerikalılara qlobal səviyyədə Avropanın müdafiəsinə görə məsuliyyəti üzərinə götürməyə imkan verirdi.

Lakin indi rəsmi Vaşinqton Avropaya daxili məsrəflər nöqteyi-nəzərindən yanaşsa, bu hərbi büdcənin azalmasına, “qoca qitə”nin isə Rusiya təhdidi qarşısında daha da zəifləməsinə gətirib çıxarcaq”,-deyə məqalədə qeyd olunub.

Xatırladaq ki, Donald Tramp administrasiyası Avropa dövlətlərindən ÜDM-lərinin 2%-ni hərbi büdcəyə ayırmalarını tələb edir. Ümumi hesablamalara görə, təkcə yaxın 2 ildə NATO-nun avropalı dövlətləri üzərlərinə əlavə olaraq 102 milyard dollar maliyyə yükü götürməlidirlər.

Musavat.com

Tarix: 19-02-2019, 21:07
Xəbəri paylaş





Xəbər lenti