Şimali Koreyanın qaçqın diplomatı Kim Çen Inın Donald Trampı necə axmaq vəziyyətə qoymasından danışıb


Şimali Koreya rejimindən qaçıb canını qurtaran ən məşhur isimlərdən biri, KXDR-in keçmiş diplomatı Txe Yen Xo Pxenyanın nüvə silahından vaz keçməyəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə “The Daily Beast” saytı diplomatın jurnalistlərlə keçirdiyi görüşü ilə bağlı məqaləsində yazıb.

Keçmiş diplomatın sözlərinə görə, əgər Donald Tramp Kim Çen Inla ikinci sammitində situasiyanı nəzarətdə saxlamasa, o zaman 28 min ABŞ əsgərinin Cənubi Koreyadan çıxarılması şərtini gətirən saziş imzalamaq məcburiyyətində qala bilər.

Txe Yen Xo Şimali Koreya liderinin Trampa qarşı müharibə təhdidindən və onun “isterik ritorika”sından istifadə etdiyini bildirib. Onun fikrincə, belə gedərsə ən sonda KXDR özünü sülhpərvər kimi göstərib əvəzində ABŞ qüvvələrini yarımadanın cənub hissəsini tərk etməyə vadar edə bilər.

“Şimali Koreya siyasəti nüvə silahına haqq qazandırmaq üçün müharibə böhranının eskalasiyasını nəzərdə tutur. Kim Çen In dünya birliyini ABŞ-la nüvə müharibəsinin mümkün ssenari ola biləcəyinə inandırmağı bacarıb”,-deyə Txe Yen Xo qeyd edib.

Keçmiş diplomaıtn sözlərinə görə, D.Tramp artıq Kim Çen Inın tələsinə düşüb. Şimali Koreya özünün “de-fakto nüvə dövləti” kimi tanınmasını istəyir. Belə olan halda isə ABŞ “tərksilah”ın uzunmüddətli perspektivinə nail olmağa məcbur buraxılacaq.

Xatırladaq ki, ABŞ və KXDR arasında sammit fevralın 27 və 28-də Vyetnamın paytaxtı Xanoy şəhərində baş tutacaq

 


Tarix: 21-02-2019, 08:19
Xəbəri paylaş





Xəbər lenti