“Göstər onlara, Nİk!”- Tramp “The Washington Post”dan 250 milyon dollar tələb edən məktəblini dəstəkləyib


ABŞ prezidenti Donald Tramp ona müxalif mövqe tutan “The Washington Post” qəzetini məhkəməyə verib 250 milyon dollarlıq mənəvi təzminat istəyən Nikolas Sendman adlı məktəbliyə dəstək verib.

“Kovinqton orta katolik məktəbinin şagirdi “The Washington Post” qəzetini məhkəməyə verib. Göstər onlara, Nik. Saxta xəbərçilər!”,- deyə dövlət başçısı Tvitter hesabında yazıb.

Məktəblinin ABŞ-ın ən populyar siyasi mətbuat orqanlarından birini məhkəməyə verməsinin səbəb bu ilin yanvar ayında baş vermiş hadisədir.

Həmin vaxt “The Washington Post” qəzetində Natan Filips adlı Vyetnam müharibəsi veteranı və ABŞ-ın yerli hindli xalqlarından birinin nümayəndəsi Vaşinqton şəhərində, Linkolnun heykəlinin yanında baraban çalarkən Kentukki ştatının Park Hillz şəhərinə məxsus Kovinqton məktəbindən gələn bir qrup məktəblinin təhqirlərinə məruz qaldıqları barədə xəbər gedib. Başlarında Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) şüarı yazılmış kepkarlarla gəzən məktəblilər ona yaxınlaşıb, ələ salıb və hətta “Öz yerinə geri dön, təmizqanlı hindli” deyə səsləniblər. Həmin məktəblilərin sırasında da məhz Nikolas Sendman da olub.

İndi 16 yaşlı Nikolas və onun ailəsi məsələni inkar edərək qəzeti böhtan atdığına görə cəzalandırmaq istəyir. Kovinqton məktəbi daxili təhqiqat apararaq Linkoln abidəsində heç bir insidentin olmadığına qərar verib. Lakin Kovinqtonun katolik yeparxiyası Natan Filippsdən artıq üzr istəyib.

“BuzzFeed News” saytının məlumatına görə, yeniyetmənin hüquqlarını Kentukki ştatının “Hemmer DeFrank Wessels” vəkil kontoru müdafiə edir. Hüquqşünaslar mənəvi ziyanı 50 milyon dollar olaraq dəyərləndiriblər. Bundan başqa, onlar 200 milyon dollar cərimə sanksiyasının tətbiq olunmasını tələb edirlər.

Qeyd edək ki, “The Washington Post” Donald Trampın qatı düşmənlərindən sayılan, dünyanın ən varlı adamı və “Amazon” saytının sahibi Ceff Bezosa məxsusdur. İddia sahibləri isə 150 illik tarixə malik, jurnalistləri 47 Pulitser mükafatı alımış qəzeti bu yolla tamamilə müflis etmək, sıradan çıxarmaq istəyirlər.

Hər bir halda olanlar müxalif mətbuata nifrət etdiyini gizlətməyən ABŞ prezidentinin xeyrinə işləyir. Tramp bu səbəbdən məktəbliyə hər cür yardım göstərəcəyini açıqlayıb.

Musavat.com

Tarix: 21-02-2019, 16:15
Xəbəri paylaş





Xəbər lenti