Televiziya aparıcısı israilli əsgərləri “heyvan” adlandırdı – İsraildə qalmaqal
İsrailin məşhur televiziya aparıcısı Oşrat Kotler dünən 13-cü kanalın efirində İsrail ordusunun əsgərlərinin Givat Asafda törədilmiş terror aktından sonra saxlanılmış, qollarına qandal vurulmuş iki fələstinlini döyməsi səhnəsini şərh edib.Hadisəni araşdırarkən Kotler deyib: “Biz uşaqlarımızı orduya, ərazilərə yollayırıq və geriyə heyvan qəbul edirik. İşğalın nəticələri belədir”.
İttiham edilən əsgərlərin valideynləri birgə bəyanatla çıxış edərək, Kotlerin şərhlərini “təəssüf doğuran və iyrənc” adlandırıblar. Valideynlər yazıblar: “Kotler bu əsgərləri tanımır, lakin onları dəhşətli sözlərlə adlandırır. O, əsgərləri məhkəməsiz təqsirkar elan edib”.
İsrailin baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib: “Mən əsgərlərimizlə fəxr edirəm və onları çox sevirəm. Kotlerin şərhləri qınanmalıdır”.
13-cü kanal da bəyanat verərək bildirib: “Oşrat Kotler öz mövqeyi olan və özünə arxayın jurnalistdir. O, ara-sıra, başqa jurnalistlır kimi, başqa mövqelərdən fərqli mövqeyini bildirir. Oşrat sırf şəxsi fikrini ifadə edib”.
Tarix: 24-02-2019, 21:13