ABŞ-Rusiya haker savaşı - yankilər “Putinin aşpazı”nın "trollar qazanı”nı dağıdıblar


ABŞ silahlı qüvvələrinin kiberkomndanlığı (CyberCom) Rusiyada Kremlə yaxın, mətbuatda “Putinin aşpazı” olaraq bilinən Yevgeni Priqojinin kurasiyası altında Qərbdə dezinformasiya və sosial şəbəkələrdə çirkin kampaniya aparılması üçün qurulan, mərkəzi Sankt-Peterburq şəhərində yerləşən və nəhayət, “trollar fabriki” deyə bilinən “internet araşdırmaları mərkəzi”nə kiber hücum təşkil edibmiş.

“The Washington Post” qəzeti həmin hücumla bağlı bəzi detalları ictimaiyyətə çatdırıb.

Qəzetin informasiyasına görə, bu ABŞ CyberCom-nun ilk belə əməliyyatı sayılır. Bu orqan Konqresin qərarı və prezident Donald Trampın tapşırığı ilə Rusiya tərəfindən gələcək təhdidlərə qarşı yeni “hücum” səlahiyyəltəri əldə edib.

Amerikalılar həmin mərkəzi bir müddətliyə internetdən ayırmağı bacarıblar. Özü də bu 2018-ci ilin noyabrında, yəni Konqresə keçirilən aralıq seçkiləri dövründə rusların hər hansı dezinformasiya üzrə kampaniya aparmasının qarşısını almaq məqsədilə həyata keçirilib.

“Bizim vəzifəmiz onları xoşagəlməz şəkildə təəccübləndirmək və burada qarmaqarışıqlıq yaradıb öz aralarında ziddiyyəti dərinləşdirmək olub”,- deyə ABŞ ordusunun nümayəndəsi bildirib.

Əməliyyat ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Dövlət Departamenti və Ədliyyə Nazirliyi, habelə Federal Təhqiqatlar Bürosunun daxil olduğu geniş proqram səviyyəsində gerçəkləşdirilib.

Doğrudur, bir sıra ekspertlər ABŞ-ın kiberhücumunun effektivliyinə şübhə ilə yanaşdıqlarını bildirblər. Məsələn, Con Hopkins adına universitetin müəllimi və starteji araşdırmalar üzrə mütəxəssis sayılan Tomas Rid Pentaqonun kiberhücumunu “düşməni durdura bilməyən” və “onu qıcıqlandırmaqdan başqa bir işə yaramayan iynə batırmasına” bənzədib.

Digərləri isə məhz kiberhücumun sayəsində 2018-ci ilin dekabrındakı parlament seçkilərinin sakit şəraitdə keçdiyini bildirib. Məsələn, senator Mayk Raunds belə fikirləşir.

Qeyd edək ki, ABŞ kiberkomandanlığının rəhbəri 55 yaşlı general Pol Nakasonedir. O, həm də Milli Təhlükəsizlik Agentliynin direktorudur. Nakasonenin tabeliyində kiberhücum üzrə 850 şəxs çalışır.

Musavat.com

Tarix: 27-02-2019, 13:38
Xəbəri paylaş





Xəbər lenti