ABŞ və Şimali Koreya liderlərinin Vyetnamda keçirilən görüşü gözlənildiyi qədər uğurlu olmayıb.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, görüş planlaşdırılandan əvvəl başa çatıb.
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, liderlər “yaxşı və konstruktiv görüş" keçirib. Ancaq razılıq əldə etmək hələlik mümkün olmayıb.
Bununla əlaqədar Trampın mətbuat konfransının zamanı da dəyişib. Başqa sözlə desək, daha erkən saata çəkilib.
Jurnalistlər ordusu iclas gedən zalın yaxınlığındakı yemək otağında gözləyib. Hətta boşqablar qoyulub, menyu paylanıb. Ancaq heç bir tərəfdən nümayəndə heyəti gəlməyib. 30 dəqiqə gözlədikdən sonra jurnalistləri bayıra çıxarıblar. Bunu “Washington Post" qəzetinin müxbiri Devid Nakamura da təsdiqləyib.