İsrail baş naziri Benyamin Netanyahu korrupsiyada ittiham olunmasını özünə qarşı aparılan “ifritə ovuna” bənzədib.
Bununla o, ABŞ-da demokratların və medianın təqibindən tez-tez şikayətlənən prezident Donald Trampın sevdiyi ifadəni təkrarlayıb. Xatırladaq ki, dünən İsrail baş prokurorluğu onunla bağlı rəsmi ittiham irəli sürüb.
Baş prokuror Aviçay Mandelblit hökumət başçısını rüşvətxorluq, dələduzluq və fırıldaqçılıqda günahlandırıldığını bildirib. Fransanın AFP agentliyinin verdiyi məlumata görə, Benyamin Netanyahu hələ uzun müddət baş nazilrik postunda qalacağını bəyan edib.
“Solçular bilirlər ki, bizə qalib gələ bilməzlər. Buna görə də son 3 ildə şəxsimə qarşı əsl ova çıxıblar. Onların yalnız bir məqsədi var: Nə olursa olsun rəhbərlik etdiyim hökuməti devirmək...” - deyə İsrail baş naziri bildirib.
Qeyd olunur ki, baş prokurorun bəyanatı aprelin 9-da keçiriləcək seçkilər öncəsi İsrailin hakim Likud partiyasını olduqca çətin vəziyyətə qoya bilər.
Onun rəqibi isə İsrail ordusunun keçmiş baş qərargah rəisi Benni Qantsemin rəhbərlik etdiyi mərkəzçi alyans sayılır.