Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir.
Belə ki, Ermənistan müdafiə nazirinin müavini David Paxçanyanın rəhbərlik etdiyi nümayəndə heyəti rus silahlarının yeni partiyasının tədarük edilməsi barədə danışıqlar aparmaq üçün Moskvaya gedib.Daha öncə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirmişdi ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar kredit verəcək.
Qeyd edək ki, Ermənistana yeni ixrac kreditinin verilməsinə dair razılıq 2017-ci il oktyabrın 24-də əldə edilib. Bu kredit sayəsində Ermənistan Rusiya istehsalı olan hərbi texnika əldə edəcək. Kredit 15 il müddətinə, 3 faizlə veriləcək.
Maraqlıdır, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və sülh prosesinin davamlılığına, Qarabağ probleminin həllinə dəstək verməli olduğu halda, işğalçı Ermənistanı niyə silahlandırır?
Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiya Ermənistanı nəzarətdə saxlamaq üçün bu cür addım atır:
“Əvvəla, Rusiya Ermənistanın strateji müttəfiqidir. Hətta Sovetlər Birliyi dağılandan sonra da Ermənistan və Rusiya arasında bu amil öz əksini tapıb.Digər tərəfdən, Ermənistan ərazisi Rusiya üçün geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb edir.Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var. Rusiya Gümrüdə təxminən 5 min hərbi kontingetdən ibarət hərbi baza saxlayır.Bu amil Rusiyanı Ermənistanla bağlı hadisələri daim diqqət mərkəzində saxlamağa sövq edir.Ermənistanda məlum məxməri inqilabdan sonra Ermənistanın indiki iqtidarı özünü bir qədər müəmmalı aparır.Hər halda Paşinyan iqtidarının Qərblə bu və ya digər mənada təmasda olması, maliyyə institutları ilə bağlılıqları, Sorosun maliyyə dəstəyi ilə inqilabı həyata keçirməsi anlaşılandır.Bu baxımdan, Rusiya çalışacaq ki, Ermənistana təzyiq vasitələrini əlində saxlasın.Ermənistan iqtisadi-siyasi və hərbi baxımdan bundan sonra da Rusiyadan asılı vəziyyətdə qalsın.Digər tərəfdən, bölgədə münaqişənin saxlanılması bütün anlamlarda Rusiyanın maraqlarına cavab verir”.
Politoloq bildirib ki, Ermənistanla müqayisədə Azərbaycan kifayət qədər güclü bir dövlətdir:
“Azərbaycan özünün ərzaq və enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycana təsir etmək üçün yeganə amil Qarabağ məsələsidir.Əslində, Rusiyanın hər iki tərəfi silahlandırmasına hərbi sənaye kompleksinin maraqları baxımından yanaşmaq lazımdır.Bu mənada silahların satılması Rusiya dövlət büdcəsinə kifayət qədər maliyyə gətirib.Rusiyanın Ermənistanı silahlandırması həm iqtisadi, həm siyasi-hərbi baxımdan, o, cümlədən Ermənistan üzərində nəzarəti əldə saxlaması üçün atılmış addımdır.Ermənistan iqtidarının son vaxtlar davranışları onu göstərir ki, Rusiyanın yeni hakimiyyətə qarşı təsir rıçaqları güclənib.
Digər tərəfdən İran tərəfindən 83 erməni hərbiçini Suriyaya göndərməsi ABŞ-ın maraqlarına zidd olsa da, Paşinyan buna getdi.Bu addımın arxasında da Rusiya xüsusi xidmət orqanlarının olması heç də sirr deyil.İndiki reallıqlar baxımından Paşinyanın Qərbin maliyyə dəstəyinə nə qədər ehtiyacı varsa, Rusiyadan da aldıqları silaha, iqtisadi-hərbi dəstəyə ehtiyacı var. Rusiyanın hər iki tərəfi silahlandırması və münaqişəsinin saxlanılmasına dəstək verməsi sırf dövlət maraqları kontekstində atılan addımdır”.
Vilayət Muxtar
Cebhe.info