Camal Qaşıqçı ilə bağlı ilk dəfə yayılan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: yandırılır... - FOTO


Camal Qaşıqçı ilə bağlı ilk dəfə yayılan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: yandırılır... - FOTO/VİDEO

Qətərin “Əl-Cəzirə” telekanalı səudiyyəli jurnalisti Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar sənədli bir film yayımlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənədli filmdə Qaşıqçının bədəninin yandırıldığı təndirinGÖRÜNTÜLƏRİ ilk dəfə paylaşılıb.

Filmdə həmçinin sui-qəsdlə bağlı bəzi fotolar və sənədlər, sui-qəsd qrupunu hava limanında gözləyən pilot və Qaşıqçının dublyorunu daşıyan taksi sürücüsü ilə müsahibənin görüntüləri var.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. 

Tarix: 4-03-2019, 21:09
Xəbəri paylaş





Xəbər lenti