15 il sonra Rusiya əhalisinin 30 faizini müsəlmanlar təşkil edəcək.
Cebhe.info xəbər verir ki, bunu Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib. O, Dövlət Dumasında "Rusiyada islamın tarixi: Gələcəyə baxış" mövzusunda keçirilən konfransda bununla bağlı fikirlərini bildirib.
O, Rusiyada müsəlmanların sayının getdikcə artdığını bildirərək mütəxəssislərin gələcəklə bağlı fikirlərilə razılaşıb. Qaynutdin bildirib ki, 30 ildir məscidə rəhbərlik edir və bu proqnozun həqiqətə uyğun olduğunu söyləyə bilər.
Xatırladaq ki, bir müddət əvvəl "İctimai rəy" Fondu sosialoji sorğunun nəticəsini açıqlayıb. Nəticələrə görə, hazırda Rusiyada əhalinin 7 faizi müsəlmandır. Bu da 10 milyon nəfər deməkdir.