Hindistandan gözlənilməz etiraf: Müharibəyə 10 gün...
Kəşmir böhranı ilə bağlı Pakistanla müharibənin eşiyinə gələn Hindistan hökumətindən gözlənilməz bir etiraf edilib.Axar.az xəbər verir ki, hökumət rəsmisi Hindistan ordusunun hərbi gücünün müharibəyə 10 gün dözə biləcəyini bildirib.
Hindistan Məclisinin Daimi Müdafiə Komitəsinin üzvü Qaurav Qoqoi ölkənin hərbi arsenalının 68 faizinin köhnə olduğunu deyib:
"Ordumuz müasir sursatdan məhrumdur, lakin XXI əsr səviyyəsində hərbi əməliyyatlar keçirmək məcburiyyətində qalır".
Tarix: 5-03-2019, 08:52