Kanadada maksimum sürəti 40 kilometr olan və yüksək texnologiyalarla təchiz edilən sürücüsüz avtobus fəaliyyətə başlayıb.
Kanadanın Vankuver şəhərində üzərindəki proqramlar sayəsində piyadalara və əşyalara toxunmadan hərəkət edən avtobus əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanıb təyin olunan marşrutlar arasında gedir.
Motorlu nəqliyyat vasitəsilərin olmadığı xüsusi olaraq hazırlanmış xətt üzərində gedən sürücüsüz avtobus maksimum 12 sərnişinə xidmət göstərə bilir. Bundan başqa avtobusda əlil və uşaq arabalarının rahat çıxa bilməsi üçün bəzi sistemlər də var.//Moderator.az//