“Estoniya estonlar üçündür”. Estoniyada bu ilin marıtn 3-də keçirilən parlament seçkilərində öz nəticələrini yaxşılaşıdran sağ millətçilərin şüarı belə olub.
Fransanın “Liberation” qəzeti bu kiçik,1 mlyon 350 min nəfərlik əhaliyə malik Baltikyanı ölkədə EKRE adlı millətçi partiyanın əvvəlki dövrə nisbətən öz nəticəsini 3 dəfə yaxşlaşdırdığını qeyd edir.
Belə ki, radikallar 101 deputatlıq parlamentdə 19 kürsü qazanıblar ki, bu öncəki nəticəni tam 12 yer qabaqlayır.
Müəllif Veronik Dorman yeni gəlişmənin olduqca narahatedici olduğunu Estoniyanın siyasi landşaftını dəyişdirdiyini vurğulayır. Buna rəğmən seçkilərin qalibi hələ də Avropa yönümlü partiyalar sayıla bilər. Belə ki, müxalifətdəki liberal İslahatlar partiyası 34, baş nazir Yuri Ratasın hakim Mərkəzçi partiyası isə 26 deputat keçirə bilib.
2013-cü ildə əsası qoyulan EKRE-yə Estoniyanın Rusiyadakı keçmiş səfiri Mart Helme rəhbərlik edir. Onun oğlu Martin Helme partiya siyahısında 2-cı sırada gəlib və qatı anti-Rusiya mövqeyindədir.
O, Estoniyanın ruslardan təmizlənməsini və “qatı düşmən Rusiya”dan qorunmaq istədiklərini sölyəyib. Lakin eston siyasətçi həm də Avropa Birliyinə qarşıdır.
“Bizə geyliyi (homoseksualizmi), miqrantları, liberal doqmaları zorla təlqin etdirmək istəyilər. Eyni metodlar SSRİ dövründə də istifadə olunurdu”,-deyə M.Helme BBC-yə verdiyi müsahibədə bildirib.
Müşahidəçilərin rəyinə görə, EKRE-nin populyarlığı həm də eston cəmiyyətindəki kasıblıq, paytaxt Tallin və bölgələr arasındakı qeyri-bərabərlik və Avropada baş alıb gedən populist ideyaların güclənməsindən irəli gəlir.