Yapon mətbuatı: “Ətrafımızdakı Rusiya və Çin təhdidinə qarşı ABŞ silahlarına yalnız axmaqlar güvənə bilərlər”


Yapon mətbuatı: “Ətrafımızdakı Rusiya və Çin təhdidinə qarşı ABŞ silahlarına yalnız axmaqlar güvənə bilərlər”




Rusiyanın S-400-ləri bütün dünyaya nəzarət edir!

Siam.az xəbər verir ki, yapon mətbuatı günbəgün bütün regionlara yayılmaqda olan S-400 hava hücumundan müdafiə sistemlərini diqqətə çatdıraraq, getdikcə artan Rusiya və Çin təhdidinə qarşı yalnız “ABŞ-ın bahalı silahlarına güvənməyin təkcə axmaqların işi olduğunu” yazıb.

ABŞ ilə Çin arasında iqtisadi savaşın davam elədiyi bir zamanda Rusiya ilə ABŞ arasında uzun mənzilli raketlər yarışı davam eləməkdədi.

Aralıqda qalan Yaponiya isə müdafiə sistemləri məsələsində təlaşa düşməyə başlayıb. Yaponiya mətbuatında dərc edilən xəbərlər Rusiyanın hava hücumundan müdafiə sistemlərini nəzərə çatdırırlar. S-400 hava hücumundan müdafiə sistemlərinin hər növ təyyarəni, qanadlı və ballistik raketləri, dronları vurmaq qabiliyyətinə malik olduğunu xatırladan xəbərdə yüksək səviyyəli radarları olan S-400-lərin hazırda dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemləri olduğu bildirilib.

“Çin S-400-ü seçdi”

Rusiyanın Suriyada yerləşdirdiyi S-400-lər ilə Şərqi Avropaya bir “raket pərdəsi” çəkdiyini və NATO-nun Sakit Okean Donanması Qərargahının olduğu Vladivostok bölgəsində yerləşdirdiyi S-400 sistemləri ilə də Yaponiya tərəfini bağladığını bildirən yazıda, hələ ki, S-400 gücündə bir hava hücumundan müdafiə sistemi hazırlaya bilməyən Çinin də S-400 sistemlərinə üstünlük verdiyi qeyd olunub.

Şərqi Çin dənizində və Tavanda yerləşdiriləcək S-400 sistemlərinin bütün regionu öz təsiri altına alacağını bildirən yapon mətbuatı Rusiya və Çinin bu həmlələrinin Yaponiya sahillərini və Şərqi Çin dənizini mühasirəyə alaraq birbaşa Yaponiya üçün təhdid yaratdığı yazılıb.

Məqalədə bildirilir ki, belə bir böhranla qarşı-qarşıya olduğu bir zamanda yalnız ABŞ-ın bahalı silahlarına güvənən Yaponiya üçün artıq çox gec olacaqdır: “Günbəgün artan Rusiya və Çin təhdidinə qarşı ABŞ silahlarına güvənmək yalnız axmaqların işidir”.

Hurriyyet.org

Tarix: 7-03-2019, 07:21
Xəbəri paylaş





Xəbər lenti