Üçüncü Reyxin xəzinəsi Polşa ərazisində gizlədilib.
Cebhe.info xəbər verir ki, xəzinədə 28 ton qızıl, zinət əşyaları, medallar, sənət əsərlərinin olduğuna dair məlumat var. "Daily Mail"in yazdığına görə, xəzinə Polşadakı malikanələrdən birində divarlar arasında gizlədilib.
Mətbuat yazır ki, xəzinə barədə informasiya SS zabiti Eqon Ollenhauerin gündəliyində yer alıb. Gündəlik Almaniyanın Kvedlinburq şəhərində 10 il ərzində mason lojasında olub.
Daha sonra Schlesische Brücke Fonduna verilib. Qeydlərə əsasən, xəzinəni aparmaq üçün 260 yük maşını gəlib.
Polşada ayrı-ayrı yerlərdə gizlədilən xəzinənin 11 məkanda olmasına dair informasiya da var. Xəzinəni Polşaya aparmağı Adolf Hitler əmr edib.
Hazırda mütəxəssislər xəzinənin saxlandığı gizli yeri axtarır.