İran və Rusiyaya qarşı dirəniş: Amerika ölkələrə milyardlar paylayacaq: SİYAHIDA KİMLƏR VAR?


İran və Rusiyaya qarşı dirəniş: Amerika ölkələrə milyardlar paylayacaq: SİYAHIDA KİMLƏR VAR?

ABŞ xarici tərəfdaşlarına hərbi köməyi artırmaq niyyətindədir. Bu sıraya Ukrayna və Gürcüstan da daxildir.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin 2020-ci il üçün büdcəsində əlavə maliyyə vəsaiti nəzərdə tutulur.

Layihəyə əsasən hərbçilərin xaricdə təlimi üçün 100 milyon dollar ayrılacaq. Bu, ötən ildəkindən 5 milyon dollar artıqdır. Bu vəsitdən 26,4 milyon dollarını Avropa və Avrasiya hərbi qüvvələri alacaq ki, Rusiya təcavüzünə qarşı dirəniş göstərsin. Bu ölkələrin sırasına Ukrayna, Gürcüstan, Bolqarıstan, Polşa, Türkiyə və Rumıniya daxildir.

Bundan başqa ABŞ xarici hərbçilərin maliyyələşdirilməsinə də daha 5,3 milyard dollar artıq xərcləmək niyyətindədir.

Bu proqram çərçivəsində də yardım alacaq ölkələr arasında Estoniya, Litva, Latviya, Ukrayna və Gürcüstan da var. Ümumilikdə isə bu mqəsədlə 75 milyard dollar ayrılması nəzərdə tutulur. Yaxın Şərq və Şimali Afrika ölkələri da ordunun maliyyələşdirilməsi və modernləşdirilməsi üçün 5 milyard dollar alacaq. Bu vəsait İrana və terrorçulara qarşı müqaviməti təşkil etmək məqsədilə veriləcək.


Tarix: 12-03-2019, 14:05
Xəbəri paylaş





Xəbər lenti