“Financial Times” dünyanın yenidən “Şərq” və Qərb” bloklarına bölünməsindən yazdı


Lakin bu dəfə ABŞ-ın rəqibi Rusiya yox, Çindir

“Berlin divarının yıxılmasından 30 il sonra ABŞ və Çin arasındakı gərginlik ötən illərin soyuq müharibəsinə bənzər, geopolitik bölünmüş dünyanı yenidən bərpa edib”.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin analitiki Gideon Rahmanın yazısında qeyd olunub.

“İndi digər ölkələrin qarşısına Vaşinqton və ya Pekin arasında seçim etmək məsələsi qoyulmaqdadır. Elə “soyuq müharibə”də də dünya “Şərq” və Qərb” deyə təbir edilən bloklara bölünmüşdü. Lakin həmin vaxt ölkələr Vaşinqton və ya Moskvaya yaxınlıqlarını müəyyənləşdirmək məcburiyyətində qalırdılıar”,- deyə məqalədə bildirilir.

Müəllifin firkincə, ABŞ-Çin rəqabəti artıq qlobal miqyas halını alıb. Çinin siyasi uzantıları Asiyanın hüdudlarını keçib, bir vaxtlar Birləşmiş Ştatların müstəsna təsir dairəsi sayılan Avropa və Latın Amerikasına gəlib çıxıb.

İlgili resim

Bundan başqa, dünyanın iki qüdrətli gücü araında mübarizə daha açıq səciyyə almağa başlayıb. ABŞ prezidenti Donald Trampın ticarət savaşına start verməsi ticarət və sərmayənin starteji rəqabətdən ayrı tutulması dövrünə də son vermiş olub.

“Yeni dünyada formalaşan iki blok çətin ki “soyuq müharibə”də olduğu kimi hərbi alyanslar üzərində qurulsun. Onların yerini isə parçalanmış dünyanın əsasını təşkil edəcək texnologiyalar tutacaq”,-deyə Gideon Rahman yazısını bu proqnozla yekunlaşdırıb.

 

Tarix: 13-03-2019, 07:28
Xəbəri paylaş





Xəbər lenti