ABŞ İranla əməkdaşlığa görə tətbiq olunan sanksiyalarda istisnalar etmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
“Biz sanksiyalara aid olan istənilən fəaliyyətə sanksiyalar tətbiq edəcəyik. Biz gözlərimizi bağlamayacağıq”, - o deyib.
Qeyd edək ki, ABŞ ötən ilin mayında birtərəfli qayda ilə İranla nüvə sazişindən çıxıb və Tehrana qarşı sanksiyaları yenidən tətbiq edib. Dövlət katibi Mayk Pompeo çərşənbə axşamı bildirib ki, ABŞ-ın hədəfi İranın neft ixracını sıfra qədər azaltmaq və ölkə hakimiyyətini xarici gəlir mənbələrindən məhrum etməkdir.