Yeni Zellandiyada məscidlərdə 49 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı ilginc məlumatlar üzə çıxıb.
Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, terraktda istifadə edilən avtomatın üzərində erməni dilində yazılar aşkar edilib. Belə ki, avtomatın üzərində Sarıqamışla bağlı “Սարիղամիշի Ճակատամարտ” ifadəsinə rast gəlinib. Söhbət Birinci Dünya Müharibəsində türk və ruslar arasındakı Sarıqamış döyüşündən gedir. Bu döyüşdə ruslar tərəfdən ermənilər də aktiv iştirak edib.
Silahda həmçinin gürcü dilində də yazılar var.
Gürcü dilindəki yazıda Çar Davidin adına rast gəlinib.
Rus dilində isə avtomatda yenə də rus-türk müharibəsinə dair ifadələr yer alıb.
Gürcüstan Təhlükəsizlik Xidməti terror aktını törədənlər barədə dəqiq məlumat almaq üçün strateji tərəfdaşlarla əməkdaşlıq edir.